top of page

ÜÇLÜBİRLİK: "BİRLİYİN İÇİNDƏKİ ÜÇLÜK"

 Müqəddəs Kitab təməlində, xristianlar olaraq, Müqəddəs, ÜçlüBir olan Allaha iman edirik. Niyə "ÜçlüBir Olan"?  

Müqəddəs Kitab Allah haqqında "O, Birdir" deyir. Bu həqiqət bəsitdir amma tam deyil. Allahın Kimliyi, Təbiəti haqqında məlumatlar Tövrat və Zəbur vasitəsilə artan xətt üzrə infişaf edir, İncillə  öz tamlığına çatır. Belə ki, Müqəddəs Kitabda Allah haqqında yazılan bütün parçları birləşdirərək baxdığımızda tam Həqiqiət - ÜçlüBirlik üzə çıxır. Biz "Allah Birdir" deyirik, eyni zamanda da "O, ÜçlüBirlikdir" deyə ifadə edirik. Niyə "Bir" və "Üç"? 

 Müqəddəs Kitabın Allahı, iman etdiyimiz Allah, Allahlıq Təbiəti baxımından "Bir"dir. Fəqət,  Tək olan Allahlıq Təbiətinin "içində" Üç İlahi Şəxs vardır: "Ata, Oğul və Müqəddəs Ruh". Üç ayrı Şəxs olmaqlarına baxmayaraq, Vahid Allahlıq Təbiətinə malikdirlər. Bu səbəblə də "üç allah" və ya "allahlar" ifadəsini işlətmək və ya o şəkildə düşünmək yalnışdır. 

 Nəticədə, "Allah Birdir" dediyimizdə "İlahi Təbiətin (Allahlığın) Birliyini", "Allah ÜçlüBirlikdir" dediyimizdə isə "Vahid İlahi Təbiəti 'bölüşən'  Üç İlahi Şəxsi" nəzərdə tuturuq. Ən vacibi də budur ki, Müqəddəs ÜçlüBirlik "Tək Şəxsin üç ayrı mənliyi" DEYİL. Əksinə, Tək İlahi Təbiətin "içində" olan "Üç İlahi Şəxs"dir. 

 

 

Tebrikler! Mesajınız alındı.

bottom of page