top of page

                          M Ü Q Ə D D Ə S   K İ T A B

 Daha çox "Bibliya" kimi də tanınan Müqəddəs Kitab iki böyük hissədən ibarətdir: 
 1. Əhdi Ətiq və ya Əski Əhd
 2. Əhdi Cədid və ya Yeni Əhd
 Əhdi Ətiq iki böyük Kitabdan - Tövrat və Zəburdan, eyni zamanda Peyğəmbərlərin Səhifələrindən ibarətdir. Tövrat Musa peyğəmbər, Zəbur isə Davud peyğəmbər tərəfindən qələmə alınmışdır. Əski Əhd 39 hissədən (kitabçadan) ibarətdir. Hər hissə müxtəlif vaxtlarda, bir-birini görməyən, tanımayan müxtəlif insanlar tərəfindən qələmə alınmışdır. Bu hissələr və ya kitabların hamısında, müqəddəs peyğəmbərlər, Allahın vəd etdiyi, gələcəyi gözlənilən Xilaskar Məsihi müjdələmişdir. Bibliyaya daxil olan bu 39 kitabın hər birində İsa Məsih haqqında önbildiriş (peyğəmbərlik) vardır. Hələ İsanın dünyamıza gəlməsindən yüzlərlə illlər öncədən, Onun harda və kim tərəfindən doğulacağı, nə işlər görəcəyi və hətta hansı şəkildə öldürüləcəyi haqqında peyğəmbərlik edilmişdir.
 Əhdi Cədid isə Məsih İsa dünyaya gəldikdən sonrakı hadisələri, öncədən deyilən peyğəmbərliklərin yerinə yetməsini göstərir.  Əhdi Cədidin digər adı İncildir. İncil 27 hissədən (kitabçadan) ibarətdir. Bu kitabların ilk dördü İsanın doğulmasını, uşaqlığını, gəncliyini, təlimini, nəsil şəcərəsini və ölüb dirilməsini izah edir. Digər kitablarda isə Məsihin həvariləri Onun təlimini və kimliyini izah edirlər. Sonuncu kitabça olan Vəhy kitabında isə dünyanın sonu və gələcək həyat haqqında esxataloji bilgilər verilir. 
 Müqəddəs Kitab da Məsih İsa kimi iki təbiətə malikdir: İlahi və Bəşəri. 1500 il ərzində bir-birini görməyən, eyni tarixlərdə yaşamayan müxtəlif insanlar (peyğəmbərlər, elçilər, həvarilər) tərəfindən yazılan Müqəddəs Kitabın əsl Müəllifi Allahdır. Çünki seçilmiş insanlar, məhz Allahdan ilahi vəhy və ilham alaraq bu müqəddəs yazıları qələmə almışdırlar. Bu haqda İncil belə bildirir: "Heç bir peyğəmbərlik sözü insanın öz iradəsindən qaynaqlanmadı, əksinə, Allahın seçilmiş insanları, Allahdan gələn müqəddəs sözləri qələmə aldılar" (İncil, Həvari Peter). 
 Müqəddəs Kitabın İlk bölümü (Yaradılış) ilə son bölümü (Vəhy) arasındakı tarix 1500 ildir.
 Müqəddəs Kitabda Allah, Öz düşüncələrini, insanın vəziyyətini, xilas yolunu, günahkarların aqibətini və iman edənlərin xoşbəxtliyini bildirir. Təlimi müqəddəsdir, əmrləri valehedicidir, dəyişməzdir. Elmli olmaq üçün onu oxu, təhlükəsizlik üçün ona inan, müqəddəs olmaq üçün onu yaşa. Bibliya sənin yoluna işıq, ruhuna qida, canına təsəllidir. 

Tebrikler! Mesajınız alındı.

bottom of page