top of page

                   XRİSTİANLIQDA  "ALLAH"  

 Biz, Xristianlar olaraq, Müqəddəs Yazı təməlində, yalnız Bir Allahı iqrar edirik: "Yeri və Göyü, bunların arasında olanları - görünən və görünməyən hər şeyi yaradan bir Allaha iman edirik" - Xristian İman Formulu.

 İman edirik ki, Allah, dünyanı, kainatı Öz qüdrətli Sözü ilə yaratmışdır və onu idarə edir. O, bizi eşidir, dualarımıza cavab verir, daima bizimlədir və hər cür tapınmaya, izzətə, həmdlərə layiqdir. Müqəddəs Kitabda Allah, öz Şəxsiyyətini açıqlayaraq Onu daha yaxından tanımağımızı istəyir:

 "Mən Məhəbbətəm" (İncil, 1.Yəhya 4:8)

"Mən ən Kamil və ən Müqəddəs Ruham" (İncil, 2.Korinflilər 3:18)

"Mən hər şeyi yoxdan var Edənəm" (İncil, Vəhy 4:11)

"Yol, Həqiqət və Həyat Mənəm" (İncil, Yəhya 14:6)

"Dirilmə və Həyat Mənəm" (İncil, Yəhya 11:25)

"Mən Atanızam" (İncil, Matta 6:9)

"Mən Yehovayam" (Tövrat, Çıxış 5:6,7) "Yehova" adının mənası "Özlüyündən Var Olan" deməkdir.

Bu ayələr Allahın Şəxsiyyətini açıqlayan ayələrdən sadəcə bir neçəsidir. Müqəddəs Kitab, sadəcə "Allah birdir" deməklə qalmaz, eyni zamanda bu bəsit fikri daha da açıqlayaraq Onun Kimliyini ilahi bilgəliyin zirvəsindən parladır. Belə ki, Müqəddəs Yazıya əsasən, Allah sadəcə "Bir Olan" deyil, eyni zamanda "Üçlü Bir Olan"dır. ÜçlüBirlik Vahid İlahi Təbiətdə mövcud olan Üç İlahi Simanı ifadə edir: Ata, Oğul və Müqəddəs Ruh. Bunu daha yaxşı anlamaq üçün bu şəkildə ifadə edə bilərik: Ata - Allahın Özü, Oğul - Allahın Sözü və Müqəddəs Ruh - Allahın Ruhu.

Bəli, Müqəddəs Kitabda, Vahid Allah Özünü Üç İlahi Simasıyla tanıdır: "İsa yaxınlaşıb onlara dedi: «Göydə və yer üzündə bütün səlahiyyət Məndədir. Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı (tək halda) ilə vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm» (İncil, Matta 28:18-20).

Biz bütün Müqəddəs Kitabı oxuyaraq onun açıq təlimi sayəsində bu şəkildə ifadə edirik: "Biz Ata, Oğul və Müqəddəs Ruh Olan Bir və Tək Allaha iman edirik".

Tebrikler! Mesajınız alındı.

bottom of page