top of page

"ƏHƏD" - BİR OLAN ALLAH

 Müqəddəs Kitabda Özünü bizə vəhy edən, açıqlayan Allah Birdir. Yəni yalnız O, Allahdır, Ondan başqa allahlar yoxdur. Bu, Müqəddəs Kitabın Həqiqətidir. Amma bəzi kəsimlər bizi "üç və ya daha çox allaha" sitayiş etməkdə günahlandırırlar. Bunun səbəbi Bibliyada Özünü açıqlayan Allahın Uca Şəxsiyyətini bilməmələridir. 

 Tövratda, Zəburda və peyğəmbərlərin səhifələrində bəsit olaraq "Allah Birdir" deyilir: "Şema İsrael, Adonay Eloheynu, Adonay Ehad - Dinlə İsrail, Tanrımız Rəbdir, Rəbb Birdir" (Qanunun Təkrarı 6:4). İncildə də Rəbb Allahın Bir olması gerçəyi vurğulanır. Belə ki, yuxarıdakı ayəni İncildə Məsih isa təkrar edir (Mark12:29). Bununla birlikdə, İsa Məsih həvarilərinə son əmri verərkən bu şəkildə buyurur: "Gedin, bütün millətlərdən şagirdlər hazırlayın, onları Ata, Oğul və Müqəddəs Ruhun adı ilə (tək halda) vəftiz edin...". Bu ayədə üç Şəxsin adı çəkilir. Qısacası, iman etdiyimiz Allah Özünü Ata (İlahi Öz), Oğul (İlahi Kəlam) və Müqəddəs Ruh (İlahi Güc) kimi açıqlayan, Bir olan Allahdır. 

 Əhdi Ətiqlə (Tövrat, Zəbur) Əhdi Cədiddəki (İncil) "Birlik" arasında ziddiyyət varmış kimi görsənsə də əslində ortada heç bir ziddiyyət yoxdur, əksinə, hər iki "Birlik" də eynidir. Gəlin baxaq: 

 Əhdi Ətiqdə bizə açıqlanan "Allah Birdir" ifadəsi təməl və ümumi fikirdir. Allahın Birliyi həm Əhdi Ətiqdə, həm də Əhdi Cədiddə "içində çoxluq olan Birlik"dir (üzüm salxımı kimi: tək salxım, amma çox giləsi var) və bu "Bir"liyi ifadə edən söz ibranicə "ƏHƏD"dir. Əhəd sözü ilə ifadə edilən birlik "içində çoxluq saxlayan birlik"dir. Bibliyadakı örnək ayələrə baxaq: "Buna görə də kişi öz ata-anası ilə deyil, arvadı ilə bir (əhəd) bədən olacaq" (Tövrat, Yaradılış 2:24). Bu ayədə ifadə edilən qadınla kişinin  nigahda təşkil etdikləri "birlik" (iki nəfər olmasına baxmayaraq nigahla 'bir bədən' olurlar) üçün işlədilən söz "əhəd"dir. Başqa bir örnəyə baxaq: "Binyamin övladları toplanıb Avnerin ardınca getdilər və təpənin başında yığılıb birlik (əhəd) təşkil etdilər (2.Şamuel 2:25). Bu ayədə də, ordu komandirinin və əsgərlərin çox olmalarına baxmayaraq birlik təşkil etdiklərini ifadə etmək üçün "əhəd" sözü işlədilmişdir. 

 İndi isə yuxarıda yazdığım ayəyə yenidən nəzər salaq: ""Şema İsrael, Adonay Eloheynu, Adonay Ehad - Dinlə İsrail, Tanrımız Rəbdir, Rəbb Birdir" (Qanunun Təkrarı 6:4). Burada da Allahin Birliyini ifadə etmək üçün eyni söz - içində çoxluq olan birlik - ƏHƏD işlədilmişdir. 

 Yaradılış Kitabının ilk ayəsində də Allah "içində çoxluq olan birliyi" ifadə edən sözlə işlədilmişdir: "Başlanğıcda Allah ("Elohim" - cəm) yeri və göyü yaratdı (tək)" (Yaradılış 1:1).

 Bunlar sadəcə bir çox ayədən bir neçəsidir. 

 Nəticə olaraq, bizim iman etdiyimiz Allah "Bir" (ƏHƏD), "Ata, Oğul və Müqəddəs Ruh" Olan Allahdır. 

Tebrikler! Mesajınız alındı.

bottom of page