top of page

MÜQƏDDƏS RUH KİMDİR?

 Müqəddəs Ruhun Özü Allahdır! 

 Müqəddəs ÜçlüBirliyin üçüncü Şəxsidir. Ata və Oğulla birgə Vahid Allahlıq Təbiətini 'bölüşür'. Yaradandır, Rəbbdir, Hər Yerdə Olandır, Güçü Hər Şeyə Yetəndir. O, mücərrəd fikir, enerji və ya qeyri-müəyyən güc DEYİL! O, Şəxsdir, İlahi Şəxs! O, Atanın və Oğulun Ruhu, O, Allahın Öz Ruhudur. 

 Müqəddəs Ruh hələ İsa Məsih yer üzərində olarkən həvarilərinə vəd etdiyi Vəsatətçi - Parakletosdur! 

 

 MÜQƏDDƏS RUH HAQQINDA İSANIN VƏDİ: 

 "Atadan xahiş edәcәyәm vә O sizә başqa bir Vәsatәtçi göndәrәcәk ki, daim sizinlә olsun. O, hәqiqәt Ruhudur.. Sizi yetim qoymaram, yanınıza gәlәcәyәm.. Lakin Vәsatәtçi – Atanın Mәnim adımla göndәrәcәyi Müqәddәs Ruh hәr şeyi sizә öyrәdәcәk vә söylәdiyim bütün sözlәri yadınıza salacaq" (Yəhya 14:15-18; 26).

 "Siz bir neçə gündən sonra Müqəddəs Ruhla vəftiz olacaqsınız" (Həv. İşl 1:5).

 

 MÜQƏDDƏS RUHUN GƏLİŞİ: 

 "Pentekost günündə onların hamısı Müqəddəs Ruhla doldular" (Həv. İşl 2:1-4). 

 

 Beləcə, Vəd edilmiş Parakletos -Vəsatətçi - Müqəddəs Ruhun enməsi ilə İsanın səmaya yüksəlməsindən 10 gün sonra ilk Kilsə quruldu. 

Tebrikler! Mesajınız alındı.

bottom of page