top of page

MÜQƏDDƏS ÜÇLÜBİRLİK HAQQINDA

                                                                                             †††

 Əzəliyyətdən Atanın Özündə daima Oğul və Müqəddəs Ruh var, istər mənəvi dünyada olsun, istərsə də maddi dünyada bir “an” belə Ata Oğulsuz və M.Ruhsuz düşünülə və təsəvvür edilə bilməz.

 Eyni şəkildə, Oğulu da bir “an” belə Atadan ayrı düşünmək və təsəvvür etmək olmaz. Çünki Oğul Atanın əzəli və əbədi Kəlamı- Sözüdür. Allahı (Ata) Kəlamsız – Sözsüz düşünmək və təsəvvür etmək qeyri-mümkündür.

 Eyni şəkildə, Müqəddəs Ruhu bir “an” olsun Atadan və Oğuldan ayrı düşünmək və təsəvvür etmək olmaz. Çünki Müqəddəs Ruh Atanın və Oğulun ortaq Ruhudur.

 Ata əzəli və əbədidir, yani varlığının başlanğıcı və sonu yoxdur. Deməli, Onun Özündə daima mövcud olan Oğul (Kəlam) və Müqəddəs Ruh da əzəli və əbədidir.

 Beləcə, Tək İlahi Təbiətdə (İlahi Öz) Üç Şəxs (Sima) vardır. Bu Simaların (Şəxslərin) heç biri digərindən üstün və ya aşağı deyildir, hər biri ilahilikdə bərabərdirlər. Bu nəticəyə gəlmək olur ki, Atanasian İman İqrarında da deyildiyi kimi: “Birlikdəki Üçlüyə Tapınırq”.

 Eyni şəkildə, Hər Üç Sima (Şəxs) Vahid İlahi Təbiəti tam olaraq paylaşdıqları üçün deyə bilərik ki: “Üçlükdəki Birliyə tapınırıq”.

                                                                                              †

  Müqəddəs Üçlüyün hər üç Simasını (Şəxsini) ayrı-ayrılıqda düşünək:

  1. Ata Allah Birdir! Amma Atada mütləq şəkildə Oğul və M.Ruh da var. Ona görə də biz duada yalnız Ata Allaha müraciət etdikdə eyni zamanda Oğula və M.Ruha da müraciət etmiş oluruq.  (1. Korinflilərə 8:6)

2. Oğul Allah Birdir! Amma Oğul Atadan və Müqəddəs Ruhdan ayrı deyil. O hər zaman Atanın Özündədir və Müqəddəs Run Oğulun da Ruhudur.  Ona görə də biz duada yalnız Oğul Allaha (İsa Məsihə) müraciət edəndə eyni zamanda Ataya və M.Ruha da müraciət etmiş oluruq.  (1. Yəhya 5:20)

3. Müqəddəs Ruh Allah Birdir! Amma Müqəddəs Ruh Atanın və Oğulun Ruhudur.  Ona görə biz duada M.Ruha müraciət etdiyimiz zaman həm də Ataya və Oğula müraciət etmiş oluruq.  (Efeslilərə 4:4-6; 2. Korinflilərə 3:14).

                                                                                              †

 ÜçlüBirliyin hər bir Siması (Şəxsi) tamamilə Allahdır, amma bununla belə üç ayrı Allah deyil, Tək Allah vardır. Çünki Simaların paylaşdıqları İlahi Öz (İlahi Təbiət, Allahlıq) Vahiddir.

 

 

 

 

 

 

 

 

 

Tebrikler! Mesajınız alındı.

bottom of page