top of page

                K İ L S Ə  N Ə D İ R 

  Kilsə deyilərkən göz qabağına ehtişamlı binalar gəlir. Ancaq Kilsə sözünün mənası bina deyil. "Kilsə"  İncilin orijinal mətninin yazıldığı dil olan antik yunan dilində "Ekklesia" sözündən gəlir. Mənası "topluluq və ya çağırılanların birliyi"dir. İncil, məcazi olaraq Kilsəni "İsanın Bədəni" adlandırır. Bu bədənin "başı" İsa, bədənin digər üzvləri isə Ona iman edən insanlardır. Beləcə imanlılar İsayla bütünlük təşkil edərək Vahid Bədəni (Kilsəni) təşkil edirlər. İlk Kilsə, İsanın səmaya yüksəlməsindən 50 gün sonra qurulmuşdur. Və İsa "Mən Kilsəmi (topluluğumu) Qaya (Ona olan sağlam iman) üzərində qururam, ölüm ona qalib gələ bilməyəcək" demişdir. O gündən etibarən Kilsə, Allahın qüdrəti ilə sürətlə böyümüş, bu gün də böyüyür və həmişə var olacaqdır. Çünki Kilsə "iman edənlərin birliyi", "İsanın bədəni", "Allahın xalqı"dır. 
 Məsihə iman edən insanlar birlikdə toplaşmaq, ibadət etmək və birgə çörək bölmək üçün görüşdükləri məkan (ibadət evləri) bu səbəblə Kilsə adlanır. 
 Kilsə (imanlıların birliyi) Vahiddir, çünki Kilsənin Öndəri olan Allah Vahiddir.
 Qeyd edim ki, cənnət əhli  "Səmadakı Kilsə", yer üzündəki imanlılar ailəsi isə "Mübariz Kilsə" adlanır. Çünki Səmadakı imanlılar ailəsi artıq Rəbblə əbədi səadətdədirlər, dünyadakı imanlılar ailəsi isə şərə qarşı mübarizə aparırlar.
 
 
 

Tebrikler! Mesajınız alındı.

bottom of page