top of page

XRİSTİAN OLMAQ ÜÇÜN NƏ ETMƏLİYƏM?

 Xristian olmaq üçün təməl şərt "boynundan xaç asmaq" deyil,  İMAN ETMƏKDİR. Nəyə iman etmək?

İncilə və Xristian İman Formulunun hər bir müddəasına iman etmək vacibdir.

 XRİSTİAN İMAN İQRARI

"İman edirəm Bir Allaha! 

Hər Şeyə Qadir Ataya - Yerin və Göyün, görünən və görünməyən bütün varlıqların Yaradanına iman edirəm. 

Və Onun Oğlu - Rəbb İsa Məsihə iman edirəm. O, Allahdan Allah, Nurdan Nur, Həqiqi Allahdan gələn Həqiqi Allahdır. Yaradılmamışdır, Ata ilə eyni İlahiliyə malikdir. 

Biz insanlar və bizim xilasımız üçün Göylərdən enmiş, Müqəddəs Ruhun fəaliyyəti ilə Bakirə Məryəmdən bədən alaraq İnsan olmuş, Ponti Pilatın hökmü altında əzab çəkərək çarmıxa çəkilmiş, ölmüş, dəfn edilmiş, lakin üçüncü gün ölümdən dirilmiş, Göylərə qalxmış və Hər Şeyə Qadir Ata Allahın sağında* oturmaqdadır. Oradan, ölüləri və diriləri mühakimə etmək üçün şanla təkrar gələcək və Onun Hökmdarlığı sonsuz olacaq. 

İman edirəm Müqəddəs Ruha - peyğəmbərlərin dili ilə danışan, Oğul vasitəsilə Atadan gələn**,  Ata və Oğulla birlikdə tapınılan və ucaldılan, həyat verən və Rəbb Olan Müqəddəs Ruha iman edirəm. 

Müqəddəs, həvarilərin iman təməli üzərində qurulan, Vahid Ümumdünya Kilsəsinə (imanlıların birliyinə) iman edirəm. 

Günahların bağışlanması üçün yalnız bir vəftizi qəbul edirəm, ölülərin diriləcəyinə inanıram və əbədi həyatı gözləyirəm, Amin"

 

*sağında - İlahiliyə yenidən qovuşmanı ifadə edən söz

 **Müqəddəs Ruh Atanın və Oğulun Ruhudur. Ümumi mənada “Allahın Ruhu” kimi də işlədilir.

 

 İncilin də dediyi kimi "iman eşitməklə olur". İnsan İsa haqqında, Onun Müjdəsi haqqında eşitmədən, oxumadan iman edə bilməz. Bu səbəblə də Məsih Səmaya yüksələrkən belə dedi: "Gedin və öyrədin. İman edib vəftiz olan kəs xilas olacaq, iman etməyən isə məhkum olacaq". Buradan yeni bir şərt meydana çıxdı: VƏFTİZ. El arasında, yalnış olaraq "xaç suyuna salınma" kimi tanınan vəftiz, iman edən insanın qəbul etməsi üçün Rəbbin lütf göstəricisidir. İnsan Müjdəni imanla, səmimi şəkildə qəbul etdikdən sonra, bunun göstəricisi kimi "suya salınaraq vəftiz edilməlidir". Vəftiz, Rəbb İsanın əmrinə görə "Ata, Oğul və Müqəddəs Ruh adı ilə" olunmalıdır. Bundan sonra xristianın imanlı həyatı başlayır. O, həyat yolunda İsayla birlikdə addımlayır, Onu daha dərindən tanıyır və dua həyatı yaşayaraq digər imanlılarla Kilsənin bir üzvü - Allahın Padşahlığının (cənnətin) vətəndaşı - olur. 

Tebrikler! Mesajınız alındı.

bottom of page