top of page

 Kilsəsinin Yeddi Əsas Ayini (Sakramenti)

 Yeddi əsas Ayin Xristianlıqdakı təməl ayinlərdir. Bəzən Kilsə "Ayin" sözünün yerinə "Sakrament" sözünü də işlədir. Sakrament sözü dilimizə "Sirr" kimi tərcümə edilə bilər. Əsas Sakramentlər aşağıdakılardır: 

 1. Vəftiz 2. Rəbbin Süfrəsi (Evxaristiya) 3. Müqəddəs Yağla məshetmə 4. Evlilik (nigah) 5. Nigahsızlıq  6.Xəstələrin yağla məsh edilməsi 7. Tövbə

  VƏFTİZ

 Vəftiz Xristianlığa giriş ayinidir. Rəbb İsa Məsihin əmrinə görə, Səmavi Padşahlığın Müjdəsini (İncili) eşidən, ona iman edən hər kəs suya salınaraq "Ata, Oğul və Müqəddəs Ruh adı ilə" (Matta 28:16-20) vəftiz edilməlidir. Suya salınmaq insanın fiziki olaraq təmizləməsi üçün deyil,  vəftiz xristianın, iman sayəsində, lütflə xilas olduğunu göstərən ayindir. Rəbbin əmrinə görə icra edilən Vəftiz ayini zamanı "gözlə görülməyən" şəkildə lütf əldə edilir, günahlar bağışlanır və insan İsa ilə yeni bir həyata başlayır. Artiq o, Allah Ailəsinin bir üzvü, Səma vətəndaşı, Kilsənin xalqıdır. Ayinlərə "Sakrament - Sirr" deyilməsinin səbəbi, ayin zamanı insanın "gözlə görülməyən şəkildə" lütf, mərhəmət və xilas almasıdır. 

 Vəftiz imanlının həyatında yalnız bir dəfə həyata keçirilir. Müxtəlif üsullarla - tamamən suya salınaraq və ya başa üç dəfə su tökərək - imanlı biri (din adamı) tərəfindən icra edilir. 

  RƏBBİN SÜFRƏSİ

 Bütün ayinlər kimi Rəbbin Süfrəsi (yunanca Evxaristiya) də Rəbb İsa tərəfindən təsis edilmişdir: "İsa çörək götürdü, şükür duası edib onu böldü və şagirdlərə verərək dedi: «Alın, yeyin! Bu Mənim bədənimdir». Sonra bir kasa götürdü və şükür edib onu da şagirdlərə verərək dedi: «Bundan hamınız için! Çünki bu, Əhdin bağlanması və günahların bağışlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır. Bunu hər dəfə Məni xatırlamaq üçün edin" (Matta 26:26-28).  O gündən sonra, Rəbbin əmrinə görə, Kilsə hər Rəbb Günü (bazar) bu ayini icra edir. Vəzftizli xristianlar iman, sədaqət və ehtiramla bir parça çörək və bir udum üzüm suyu qəbul edərək uğrumuzda iztirab cəkən Bədəni və tökülən müqəddəs Qanı xatırlayırlar. 

  MÜQƏDDƏS YAĞLA MƏSHETMƏ

 Müqəddəs Yağla məshetmə ayini adətən Vəftizdən dərhal sonra icra edilir. Ayinin mənası, vəftiz olunan imanlının Müqəddəs Ruhun bəxşişi və səmərələrini qəbul etməsidir. Ayin zamanı bu sirri qəbul edən imanlının alnına Müqəddəs Ruhun rəmzi olan məshetmə yağı çəkilir və belə deyilir: "Müqəddəs Ruhun səmərələrini qəbul et". 

  EVLİLİK (NİGAH) VƏ NİGAHSIZLIQ (oxumaq üçün tıkla) 

 

  XƏSTƏLƏRİN YAĞLA MƏSH EDİLMƏSİ

 Bu ayinin İncildəki təməli aşağıdakı ayədir: 

"Aranızda xəstə olan varmı? Qoy imanlılar cəmiyyətinin (Kilsənin) ağsaqqallarını çağırtdırsın. Onlar da Rəbbin adına onu yağla məsh edərək dua etsinlər. İmanla edilən dua xəstəni sağaldacaq və Rəbb onu ayağa qaldıracaq. Əgər o adam günah edibsə, bağışlanacaq" (Yaqub 5:14,15).

  TÖVBƏ 

 Tövbə ayini həqiqi peşmanlıqla, bir daha o günahı etməmək şərti ilə  "günahların etirafı"ndan ibarətdir: "günahlarınızı bir-birinizə etiraf edin və bir-biriniz üçün dua edin" (Yaqub 5:16).  Kilsə imanlılara hər günahdan sonra, səmimi peşmanlıqla Tövbə sirrini qəbul etməyi məsləhət görür. 

 

 

Tebrikler! Mesajınız alındı.

bottom of page