top of page

NİKEYA - KONSTANTİNOPOL KİLSƏ                                   MƏCLİSİ 

 Günümüzdə bəzi müsəlman dostlarımızdan belə bir iddia eşidirik: "İncilin əsli 325-ci ildə Nikeya Konstantinopol Kilsə Məclisində məhv edilmiş, yerinə isə bu gün xristianların əlindəki İncil seçilmişdir". Bu və buna bənzər iddialar tarixi bilməyən, sadəcə iddia etdiklərinə özlərini inandıran bir qrup insanın məhsuludur. Elə isə gəlin aydınlaşdıraq ki, Bu günkü İznik və İstanbulun adı ilə bağlı olaraq ifadə edilmiş Nikeya Konstantinopol Kilsə Məclisi niyə toplanmışdır, orada nə müzakirə olunmuşdur və hansı nəticə aldə edilmişdir? 

 Müqəddəs İncilin necə yazılması haqqındakı məqaləmdə qeyd etmişdim ki, artıq 1-ci əsrin sonunda İncilin mətni tamamlanmışdır və bütün Kilsə qruplarında istifadə edilirdi. Bu barədə Kilsədə heç bir anlaşmazlıq, problem yox idi. Bu şəkildə Kilsə artıq III əsrə gəlib çatmışdı. Ancaq özü də Kilsə yepiskopu olan Arius adlı ilahiyyatçı İncildə yazılanın əksinə "Kəlamın (İsa) zaman başlamazdan öncə Ata (Allah) tərəfindən yaradıldığını, Kəlamın Ata ilə eyni əzəliyyətə malik olmadığını, bu səbəblə də İsanın Allah deyil, Allahdan aşağı, mələklərdən isə yuxarı mövqedə yaradılan biri" olduğunu iddia etməyə başladı. Bu mövzu Kilsədə əməlli-başlı qarışıqlıq yaratdı. Əhalinin bu narahatlığına, savaşına son qoymaq istəyən imperator Konstantin bütün patriarx və yepiskopları çağıraraq Kilsə Məclisinin toplanmasına və bu problemin aradan qaldırılaraq aydınlaşdırılmasına qərar verdi. Beləcə, M.S 325-ci ilin 20 Mayında 2.048 patriarx və yepiskopun iştirakı ilə Məclis başladı. Tarixi mənbələrə görə (Antakiyali Evstasiusun məktubu , İskəndəriyyəli Atanasiusun məktubu (354-cü il) və Sezariyyəli Evsebiusun 325-də yazdığı məktub) Məclis 25 Sentyabra qədər davam etmişdir. 

 Məclisdə yuxarıda qeyd etdiyim problem ortaya qoyulmuş, İncil mətninin bu haqdakı ifadələri diqqətlə incələnmiş və Ariusla bərabər cəmi 4 yepiskopdan başqa yerdə qalan bütün yepiskop və patriarxlar Məclisdəki müzakirələrdə önəmli yer tutan İskəndəriyyəli ilahiyyatçı Atanasiusla birlikdə Ariusun bu iddiasını məhkum edərək yekdilliklə "İsanın əzəli Kəlam olduğunu, Ata və Müqəddəs Ruhla birlikdə şan və izzətə malik olduğunu" ifadə etmişdirlər. Bunun nəticəsinə Arius Kilsədən xaric edilmişdir. 

 Müsəlman dostlarımızın iddialarının əksinə, bu Məclisdə İncil deyil, İsa müzakirə edilmişdir. Bir-birilərinə qarşı olan iki qrup da problemi həll etmək üçün vahid qaynağa - İncilə müraciət etmişdirlər. 

 Məclisin gəldiyi nəticə elə əvvəldən Kilsənin vahid imanını bir daha təstiq etmiş oldu. Nikeya - Konstantinopol İman İqrarına buradan baxa bilərsiniz. 

 

Tebrikler! Mesajınız alındı.

bottom of page