top of page

XRİSTİANLIQDA ORUC

 Oruc insan nəfsinin təmizlənməsi, ruhun Yaradana daha yaxın olmasını təmin edən ibadətlərdən biridir. Bəşər tarixi yaranandan ibadətlər içərisində "Oruc"un xüsusi yeri olmuşdur.

 Oruc sadəcə müəyyən qidalardan, sudan uzaq qalmaq deyil, eyni zamanda, düşüncələrimizi təzələmək, baxışlarımızı düzəltmək, ruhda və həqiqətdə ibadət etmək, Allahla olan bağımızı daha da möhkəmləndirməkdir. 

 Kilsə il ərzində iki dəfə oruc tutur: Milad bayramından öncə (Advent dövrü orucu) və Pasxadan öncə 50 günlük oruc. Xristianlıqda oruc "tam" və "natamam" şəkildə olur. Tam oruc gün boyu davam edir və bu müddətdə yemək yeyilmir, su içilmir. Natamam oruc isə daha çox pəhriz şəklində olur, yağlı, heyvan mənşəli qidalar istifadə edilmir. 

 Ən vacibi budur ki, Orucu sadəcə bəlli qidalardan uzaq qalaraq deyil, həqiqətən onun mahiyyətini dərk edərək tutmaq lazımdır. Əks halda Allah belə orucdan razı qalmaz. O, deyir: Mənim istədiyim oruc, Haqsızlığın buxovlarını qırmaq, Boyunduruğun iplərini açmaq, Sıxıntı içində olanları azad etmək, Hər cür boyunduruğu məhv etməkdir (Yeşaya 58:6).

 "Rəbb belə bəyan edir:«İndi isə oruc tutun, Bütün qəlbinizlə Mənə dönün" (Yoel 2:12). 

 "Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara göstərmək üçün üzlərini tutqun hala salırlar. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. Amma sən oruc tutanda başına yağ çək və üzünü yu. Belə ki insanlara deyil, gizlində olan Atana oruclu görünəsən. Gizlində olanı görən Atan səni mükafatlandıracaq" (İncil, Matta 6:16-18).

Tebrikler! Mesajınız alındı.

bottom of page