top of page

XRİSTİAN BAYRAMLARI

 Cəmiyyətimiz tərəfindən yalnış olaraq "xristian bayramları" kimi bir sıra Xristianlığa aid olmayan bayramların adı çəkilir. Məsələn: Holloween, Qara cümə, Yeni İl və s. Ancaq bilinməlidir ki, Xristianlıqda yalnız iki böyük bayram var: Milad bayramı və Pasxa bayramı. 

 Milad bayramında İsa Məsihin İnsan bədənində dünyamıza gəlməsi - doğulması qeyd edilir. İlk insanlar olan Adəmlə Həvvadan bəri gələcəyi bütün peyğəmbərlər tərfindən bildirilən Dünyanın Xilaskarı olan İsa Məsihin "doğum günü" məhz bu bayramın əsas səbəbidir.  İsa Məsih dünyamıza gəlişi ilə tarixi iki böyük hissəyə böldü: Miladdan Öncə və Miladdan Sonra.  Milad bayramında bütün imanlı xristianlar Kilsədə bir yerə toplaşaraq bu mübarək günü qeyd edərək, dualar edir, ilahilər oxuyur və milad şirniyyatlarını bölüşürlər. Bu bayram simvolik tarixdə -  hər ilin 25 dekabrında qeyd edilir. (bax: İncil, Luka 2:1-20) Milad Allahın günahlı insana duyduğu böyük sevginin qeyd edilməsidir. 

 İkinci böyük bayram olan Pasxa isə qeyd edilmə tarixi hər ildə dəyişilən bayramdır. Bu bayramın əsas səbəbi Məsih isanın ölümdən dirilməsini, bizim üçün Səmanın qapılarını açmasını qeyd etməkdir (bax: İncil, Matta 28:1-10).

 

 İnsanlarımız tərəfindən yalnış olaraq "xristian bayramı" kimi tanınan "Yeni İl" bayramı isə dini bayram deyil. Çox vaxt bunu Milad bayramı ilə qarışdırırlar. Yeni İl 31 dekabrda, Milad isə 25 dekabr tarixində qeyd edilir. bu iki fərqli bayramın məqsədləri fərqlidir: Miladda İsa Məsihin doğum günü, Yeni İldə isə yeni bir ilin, yeni başlanğıcın gəlişi qeyd edilir. Yeni İl çılğınlıqlarının, toqquşdurulan qədəhlərin, rəqslərin Xristianlığa və Milada aidiyyəti YOXDUR! 

Tebrikler! Mesajınız alındı.

bottom of page