top of page

MİSSİONERLİK NƏDİR?

 Son zamanlar cəmiyyətimizdə "missionerlər ölkəmizdə çevriliş, dini ekstremizm yaratmaq istəyirlər" kimi fikirlər səsləndirilir. Gəlin baxaq nədir Missionerlik? 

 "Missioner" sözü fransız mənşəli sözdür, mənası "missiya daşıyan, xüsusi bir məqsədi olan və məqsədini həyata keçirmək istəyən şəxs" deməkdir. Məsələn, Prezidentin missiyası "öz xalqına ləyaqətlə xidmət etmək"dir, həkimin missiyası, öz andına sadiq qalaraq "insanların sağlamlığının keşiyində durmaq"dır, polisin missiyası "əsayişi qorumaq"dır və s.

  Dində də missionerlik vardır. Çünki, hər din özünün həqiqi din olduğunu və bunun bütün insanların bilməsini istəyir. Başqa dinləri, onların missionerlik məqsədlərini deyə bilmərəm amma Mən öz inancımda - Xristianlıqdakı Missionerliyin mənası və məqsədini izah edəcəyəm.

 Xristianlıqdakı missionerlik "Rəbb İsanın əmrinə  əsaslanır: "Gedin, bütün millətlərdən şagird hazırlayın..onlara bütün əmrlərimə riayət etməyi öyrədin.." (Matta 28:19). Müqəddəs Kitabı oxuduğumuz zaman aydın olur ki, İsa Məsih Özü ən Böyük Missioner idi. Çünki Onun Missiyası vardı və bu Missiya "XİLAS Missiyası" idi - Günahın əsarətində olan aciz insanlığı xilas etmək. O, Öz Missiyasını başa vurdu və əzəli "Yer"inə qayıtdı. Lakin dünyanın sonuna kimi iman edən hər kəsin xilas ola bilməsi üçün də yuxarıda qeyd edilən əmri verdi. Beləcə, ilk imanlıların timsalında hər bir xristian bu missiyanı - öz inancı haqqında bilmək istəyən insanlara danışmaq - missiyasını daşıyır. Ancaq bu, "yol kəsməklə, məcbur şəkildə, insanlara təzyiq edərək danışmaq DEYİL, BİLMƏK VƏ ÖYRƏNMƏK İSTƏYƏN İNSANA İSA MƏSİHİN İŞİ HAQQINDA DANIŞMAQDIR. Bu mənada "xristianlar missionerdirlər".  İncildəki missionerliyin siyasətlə, çevrilişlə, məcburiyyətlə heç bir əlaqəsi YOXDUR! Hər kəsin öz inancını seçmək, nəyə inandığı və inanacağı haqqında qərar vermək hüququ vardır. Və əgər insan heç vaxt Xristianlıq - İsa Məsihin İşi - haqqında eşitməyibsə, bundan xəbərsizdirsə, o bunu necə seçə bilər? Bu səbəblə də İncil qeyd edir: "İman eşitməklə olur". Buna görə də Kilsə bilmək və xəbərdar olmaq istəyən hər kəs üçün "xəbər vermək, öyrətmək yəni missioner" xarakteri daşıyır.  "Müqəddəs Ruhla istiqamətlənən Kilsə (imanlılar ailəsi) tarix boyu Məsihin missiyasını davam etdirir. Buna görə də məsihçilər  eyni yolla gedərək hamıya Məsihin Xoş Xəbərini elan edirlər" (KKK 852-856). 

 

Tebrikler! Mesajınız alındı.

bottom of page