top of page

İSANIN "VASİTƏÇİ" OLMASI NƏDİR?

 Yaşadığımız cəmiyyətdə dini baxımdan "vasitəçi" sözü bu şəkildə anlaşılır: "bir insan Allahla insanların arasında vasitəçilik edir, insanlar ona dua edirlər, o da Allaha duaları çatdırır". Və tez -tez İsa Məsihin Vasitəçi olmasını da bu şəkildə şərh edirlər: "siz xristianlar İsanı insanlarla Allahın arasında vasitəçi etmisiniz, onu ilahlaşdırmış və o olmasa Allaha dua edə bilməyəcəyinizi, Allahın sizi eşitməyəcəyini düşünürsünüz". Doğurdanmı belədir? Doğurdanmı biz İsanı Allahla öz aramızda bizim üçün dua etdiyinə, bizim üçün Allahdan nə isə dilədiyinə və ya Onun adının Allah tərəfindən eşidilməyimiz üçün formul olduğuna inanırıq? 

 Biz İsadan bizim üçün Allaha dua etməsini və ya Allahdan bizim üçün kömək diləməsini istəmirik, əksinə İsa Özü Allahın Kəlamıdır - Allahdır! Biz Ona dua edirik. Çünki O, Ata və Müqəddəs Ruhla birlikdə əzəli və əbədi izzət içində Olandır! 

 Bəz İsanın Vəsatətçiliyi nədir? O, bizim üçün necə vəsatətçilik edir? İncil bu haqda deyir: "Bir Allah vә Allahla insanlar arasında bir Vasitәçi vardır. O, İnsan olan Mәsih İsadır" (1.Tim 2:5).

 İsanın Vəsatətçiliyi Onun Çarmıxının - Xilas işinin daima aktual qalmasıdır! İncil qeyd edir ki, İsa daima Allahın məbədində bizim üçün kahinlik edir. İsanın Kahinliyi Onun çarmıxının - xilas işinin daima Allahın nəzərində keçərli olmasıdır. Hər dəfə insan Ona iman edəndə, Onun qanına imanla Allaha yaxınlaşanda İsa Vasitəçilik etmiş olur. Çünki, O, belə dedi: "Yol, Həqiqət və Həyat Mənəm. Mənim VASİTƏÇİLİYİM olmadan heç kim Atanın yanına gələ bilməz"! Bu vasitəçilik Onun bizim üçün dua etməsi, Allahdan nəsə diləməsi və s. DEYİL! Təəssüflər olsun ki, qeyri-xristianlar bu şəkildə anlayırlar! Ona görə də xristianları "Allaha ortaq qoşmaqla və ya Allahla aramıza başqalarını daxil etməklə" suçlayırlar. Əslində isə İsanın Vasitəçiliyi, Onun bizim günahlarımız üçün, bizi Allahın gözündə təmizləmək naminə Özünü Qurban verməsi, Qanını tökməsi və bu qanın bizi yuyub təmizləməsi nəzərdə tutulur. Beləcə, İsanın xilas işi Allahın nəzdində daima aktual qalaraq imanla Ona yaxınlaşan insan üçün VASİTƏÇİ olur!  Budur İsanın Vasitəçi olması!

 Biz dualarımızı da Müqəddəs Ruhda, Oğul (İsa) VASİTƏSİLƏ Atamıza edirik!  Bu o demək deyil ki, Allah bizi birbaşa eşitmir, yox, biz duamızda məhz bizi Öz qanı ilə satın alan, Allahın Səltənətinin övladları olmaq haqqını bizə Verən VƏSATƏTÇİMİZ (Onun qanı ilə xilas oluruq) vasitəsilə Allahımıza "Ata" deyə bildiyimizi ifadə edirik. Çünki İsa dedi: "Mənsiz heç nə edə bilməzsiniz" (bax Yəhya 15:5b). Allaha "Ata" deyiriksə deməli Onun xalqıyıq və biz məhz İsanın qanının bizi təmizləməsi ilə (Vəsatətçilik) Onun övladları olduq. Hər kəs Allahın yaratdığıdır, amma hər kəs Allahın övladı deyil. Allahın övladı adını almaq haqqını məhz çarmıxdakı qanı ilə insana verən (Vasitəçilik) İsadır! (bax Yəhya 1:12). 

 

Tebrikler! Mesajınız alındı.

bottom of page