top of page

GÜNAH və XİLAS HAQQINDA

 "Etməli olduğu yaxşı şeyi bilib amma etməmək günahdır" deyir İncil. Günah Allahın əmrlərini bilərəkdən pozmaq, onların fərqində olmamaqdır.  "Günah" insanın Əbədi Həyata yoxsa əbədi məhvə məruz qalacağını ölçən standartdır. Belə ki, Allahın Səltənətinin Qapılarında belə yazılmışdır: "BURAYA GÜNAHLI HEÇ KƏS GİRƏ BİLMƏZ!" 

Ona görə də Allah insanları günah etməməyə çağrır. Bəs necə oldu ki, insanlar günah etməyə başladılar? Günahın mənbəyi nədir? Dünyada işlənən ilk günah nədir?

 Müqəddəs Kitabın ilk kitabçası olan "Yaradılış"da oxuyuruq ki, Allah ilk insanı (Adəmlə Həvvanı) yaratdı və onları yer üzündəki cənnətə - Eden Bağına - qoydu. İnsan orada dərdsiz, qayğısız, problemsiz şəkildə yaşayırdı. Çünki o zaman günah deyə bir şey yox idi. Günahı İnsan özü şəxsi iradəsi ilə seçə və ya ondan imtina edə bilərdi. Hər iki halda da nəticədə nə olacağını Allah insana bildirmişdi. Buna baxmayaq, Şeytanın insana şübhə doğuran suallar verməsi və onu "qadağan olunan işi" görməyə təhrik etməsi nəticəsində insan Allahın ona qadağan etdiyi, "etmə" dediyi şeyi etdi. Bu andan etibarən ilk günah dünyaya və insan həyatına daxil oldu. Allah insanı xəbərdar etmişdi ki, əgər günah etməyi seçsələr dünyada əziyyət çəkməli olacaqlar və ən önəmlisi də "ruhi və fiziki baxımdan ÖLƏCƏKLƏR". Belə də oldu. Dünyaya ölüm, günah, iztirab və göz yaşları daxil oldu və bütün insanalara yayıldı. İncildə qeyd edilir: "günah bir insan vasitəsilə, ölüm də günah vasitəsilə bu dünyaya gəldi. Beləcə ölüm bütün insanlara yayıldı, çünki hamı günahlıdır" (Romalılar 5:12). Allah isə insanın günahın əsarətində qalmsını istəmirdi, indi də istəmir. Buna görə də böyüməkdə olan bəşəriyyətə bir-birinin ardınca peyğəmbərlər göndərdi ki, insanlara Onun qaydalarını, günahdan qaçmağın yollarını çatdırsınlar. Və ən əsası da gələn peyğəmbərlərin hamısı "dünyanı günahdan xilas edəcək Xilaskar Məsihi" müjdələyirdilər. Çünki Allahın Xilas Planına görə Xilaskar İsa gəldi, həqiqi həyat yolunu göstərdi və "dünyanın günahlarını təmizləyən Qurban Quzusu" kimi Çarmıxda, bizim günahlarımızın bədəlini ödədi ki, biz aciz insanlar əbədi məhvə məruz qalmayaq. Bu İsa Məsihin Missiyası idi. Məhz bu missiyasına görə O, Məsihdir. Eyni zamanda, İsa, günahın əsarətində olan bütün bəşəriyyət adından Özünü XİLAS QURBANI olaraq təqdim etdi, Ona iman edənlərin təmizlənmələri, "doğru" elan edilmələri, Allahın gözündə "İsanın qanı sayəsində təmizlənmiş" xalq olaraq qəbul edilməyimiz üçün O, Özünü çarmıxa təslim etdi. Bu səbəblə İsa XİLASKARDIR! İndi İsanın "mənim günahlarım üçün Özünü Qurban verdiyinə" iman etdiyim zaman, Onun "doğruluq əbasını" geyinmiş oluram. Bu haqda müqəddəs İncildə çox sayda açıq ayələr var. Və İsa deyir: "Mən (çarmıxda) yuxarı qaldırılmalıyam ki, Mənə iman edənlərin heç biri həlak olmasın, amma əbədi həyata malik olsun" (Yəhya 3:14,15).

 İndi bizə düşən, yerimizə ÖZünü Qurban verən Xilaskarımızı sevmək və Ona iman etməkdir. Bunun müqəbilində əldə ediləcək olan "ƏBƏDİ HƏYAT"DIR.

 İsaya iman edənlər, Onun Çarmıxdakı Xilas Qurbanına ümid bağlayanlar olaraq, indi biz, günahdan qaçmalıyıq, bilərəkdən günah etməməliyik. Əgər etsək dərhal İsanın Çarmıxdakı Qurbanı təməlində Allahdan əfv diləməliyik, tövbə etməliyik (bax: 1.Yəhya 1:7-9).  Rəbb İsa məhz bu səbəblə Tövbəni (bax: Yəhya 20:22,23) təsis etmişdir. 

 Xristianlar olaraq, günahın hər növündən - böyük və ya kiçikliyindən asılı olmayaraq  - qaçmalıyıq. Çünki ən "xırda" günah belə əzəli Allaha qarşı təhqirdir. 

Tebrikler! Mesajınız alındı.

bottom of page