top of page

ŞAXTA BABA KİMDİR? 

 Şaxta Baba deyəndə ilk ağlımıza gələn "uzun, ağ saç-saqqalı olan, qırmızı paltar geyinən, usaqlara hədiyyələr paylayan, kök,  sevimli baba"dır. Şaxta Babanın tarixi eramızın 3-cü əsrinə qədər uzanır. Belə ki, bu hekayənin təməli müqəddəs Nikolasla bağlıdır. Miladdan sonra 278-ci ildə Türkiyədə doğulan Nikolas, zəngin tacir ailəsinin oğlu idi. Gənc yaşda atası dünyasını dəyişir və bütün miras Nikolasa qalır. İmanlı bir xristian olan Nikolas bütün var-dövlətini yoxsullara paylamağı qərara alır. Milad bayramı ərəfəsində, hamıdan gizli evlərin pəncərələrindən, bacalarından kiçik torbalarda qızıl, bahalı parçalar və s. atmağa başlayır. Eyni zamanda qapıların önünə uşaqlar üçün şirniyyatlar və oyuncaqlar qoyur. Amma heç kim bu işləri görənin kim olduğunu bilmir. Bu bir neçə il davam edir, beləcə xalq arasında "Şaxta Baba (Santaklaus)" hekayəsi meydana gəlməyə başlayır. 

 Günlərin bir günü, Nikolas yenə də hədiyyələri evlərin pəncərələrindən içəri atarkən və qapılara qoyarkən insanlardan biri onu görür və arxasından ona yaxınlaşaraq pelerinini çıxarır. Görür ki həmin adam Nikolasdır. Hər şeyin üstü açılır və bütün şəhər onu "xeyirxah Nikolas" olaraq alqışlayır. İrəliləyən illərdə müqəddəs Nikolas, doğulduğu Patarasa qonşu olan Mira şəhərinin baş yepiskopu seçilir. İmperator Diocletianus ve Licinius zamanında imanından dönmədiyi üçün bir neçə dəfə həbs edilir. Müqəddəs Nikolas 6 dekabr 343-cü ildə, 65 yaşında Mira şəhərində dünyasını dəyişir. O gündən sonra, hər Milad ərəfəsində müqəddəs Nikolası anan insanlar uşaqlarına Onun haqqında nağıllaşdırılmış hekayə danışır, uşaqlar isə Santaklausu gözləyirlər ki, onlara hədiyyələr gətirsin. 

 Sonda qeyd edim ki, Şaxta Baba geyiminin, onun marallarla səmada uçmasının, uşaqlara hədiyyələr gətirməsinin, ümumiyyətlə bu fiqurun (Şaxta Babanın)  heç bir dini əsası YOXDUR. Təəssüflər olsun ki, bir çox insan Şaxta Babanı Milad və ya Yeni İlin əsas fiquru kimi qəbul edir. 

Tebrikler! Mesajınız alındı.

bottom of page