top of page

   "BARNABA İNCİLİ"  NƏDİR? 

 Son illərdə olduqca məşhur bir mövzu halına gələn "Barnaba İncili" nədir? İçində nədən bəhs edilir? Kim tərəfindən yazlıb? Bu suallara cavab tapmağa çalışaq. 

 Bir çox müsəlman dostlarımız Məsih İsanın həqiqi İncilinin "barnaba incili" olduğunu iddia edirlər. Hətta Türkiyə mediyasında bu kitabla bağlı saytlar, məqalələr və s. yer almaqdadır. Bu kitabın orijinal mətni italyan dilindədir və hazırda Viyana kitabxanasında saxlanmaqdadır. İllərdir ki üzərində həm xristian alimləri, həm müsəlman alimləri və həm də ateist elm adamları araşdırmalar aparmışdırlar. Araşdırmaların nəticəsində məlum olmuşdur ki, bu kitab 15-ci əsrdə İsraili heç görməmiş, o torpaqlara bələd olmamış, hətta özünü "İsanın həvarisi Barnaba" kimi tanıdan, Xristianlıqdan İslama keçən bir italyan tərəfindən qələmə alınmışdır. Mətnin üzərində dəqiq araşdırmalar aparan elm adamları bu ortaq nəticəyə gəlmişdirlər. 

 Kitabın içərisini oxuduqda məlum olur ki, özünü həvari adlandıran bu saxta müəllif (əslində İsanın Barnaba adında həvarisi olmamışdır) "İsa Məsihin İslam dinini müjdələdiyini, Özündən sonra Məhəmməd adında peyğəmbərin gələcəyini və hətta Özünün Məsih olmadığını" dediyini qeyd etmişdir. Buradan aydın olur ki, bu kitab əslində Xristianlıq əleyhinə, Quranda İsanın Məhəmmədi müjdələməsi fikrini təstiqləmək üçün əldə hansısa "xristian mənbə(!)" olsun deyə qələmə alınmışdır. Artıq günümüzdəki bir çox həm İslam alimi həm də digər elm adamları bu kitabın saxta olması üzərində həmfikirdirlər. Amma inanclarında radikal olanlar eləmdən, elmin sübutlarından çox bu qeyri-müəyyən bilgiyə inanmağı üstün tuturlar. 

 Gəlin bir az kitabın içindəki tutarsızlıqlar və yalnışlar üzərində düşünək: 

1. Kitabda 1-ci əsr Fələstinində Qüds və Nazaret şəhərlərinin göl (vəya dəniz) sahilində yerləşdiyi qeyd edilir. Ancaq əslində İsanın yaşadığı Nazaret şəhəri Cəlilə gölündən 600 metr yüksəklikdə, 25 kilometr uzaqlıqda yerləşirdi. Qüds isə 811 metr yüksəklikdə, ən yaxın göl olan Lut gölündən isə 23 kilometr uzaqlıqda yerləşirdi. Buradan aydın olur ki, özünü həvari Barnaba adlandıran bu saxta yazar əslində heç o torpaqlara bələd deyildi. 

2. Kitabın 119-cu fəlində İsanın şəkərdən danışdığı bildirilir. Amma Fələstin torpaqların - Ağdəniz ətrafının, o yerin insanlarının şəkərlə tanış olması M,S 7-ci əsrdə müsəlman ərəblərin gəlişi ilə mümkün olmuşdur. 1-ci əsrdə yaşayan birinin şəkərdən danışması, eyni tarixdə avtomobildən danışması qədər gülməlidir. Bunun əsas səbəbi kitabın müəllifinin o dövdə yaşayan insan deyil, çox daha sonralar doğulmuş insan olmasıdır. 

3. Barnaba incilinin 121-ci fəslində izah edilən məhkəmə prosesi yalnızca İsadan yüzlərlə il sonra meydana gələn bir sistemdir. 

4. Saxta müəllif tez-tez İncilin orijinal mətnindən deyil, Xristian alimi olan, 4-cü əsrdə yaşamış İeronimosun Latın dilinə tərcümə etdiyi Tövrat, Zəbur  və İncilin Vulgata mətnindən sitatlar gətirir, bu da müəllifin yalnız İtalyan - Latın dilini bildiyini göstərir. Eyni zamanda, bu saxta incilin içərisində şair Dantenin (M.S 1265-1321) şeirlərindən alınmış çox sayda sitatlar da mövcuddur ki, bu da müəllifin son dövrlərdə yaşayan biri olduğunu təstiq edir. 

5. Bu saxta kitaba görə Ponti Pilat həm İsanın doğulması zamanı həm də Onun ölümü zamanında Fələstinin Roma valisi idi. Əslində isə Pilat yalnız İsa təxminən 27 yaşında olarkən, İmperator Tiberius zamanında vali təyin edilmişdir. 

6. Müqəddəs İncildə İsanın Məsih (Allahın Seçilmişi) olduğu dəfələrlə bildirilir. Bu saxta mətndə isə İsa özü bunu inkar edərək "mən məsih deyiləm" deyir. Kitabda məsihin əslində gələcək olan Məhəmməd olduğuna diqqət çəkilir. Bu da bir daha Məhəmmədin peyğəmbərliyini isbat (!) üçün yazılmış bir kitab olduğunu aydın edir. 

7. Kitabda doqquz göy qatından danışılır ki, bu da Dantenin şeirlərindən alınmışdır. 

8. Qurana görə Məryəm doğum sancısı ilə bir xurma ağacına söykənir. Amma bu əsərdə Məryəmin sancı çəkmədən doğduğu bildirilir ki, bu da katolik kilsəsinin təlimində mövcuddur. Bir daha aydın olur ki, bu kitabın müəllifi əvvəllər katolik olan, sonra isə islamı qəbul edən birdir. 

 Bunlar saxta barnaba incilindəki çox sayda yalnışlardan sadəcə bir neçəsidir. Aydın olur ki, insanlar nə qədər müqəddəs İncilə iftiralar atsalar da, Onun yalan olduğunu isbat (!) etmək üçün saxta mətnlər yazsalar da həqiqət göz qabağındadır. Çünki, İsa Məsih demişdir ki, "elə gizli bir şey yoxdur ki, aşkara çıxmasın, elə örtülü bir şey yoxdur ki, aydın olmasın". Minlərlə saxta mətnlər yazsalar belə yenə də Həqiqət Birdir. O da "Mən Həqiqətəm" deyən İsadır. Onun Sözü həqiqətdir və bu Söz müqəddəs İncildir! 

Tebrikler! Mesajınız alındı.

bottom of page