top of page

XRİSTİAN SİMVOLİZMİ

      XAÇ (çarmıx) NİŞANI

  Xaç işarəsi Xristianlığın ən  tanınmış simvollarından biridir. Belə ki, dünyanın xilası, Allahla barışma, müqəddəsliyə çağırış İsa  Məsih tərəfindən, Onun Çarmıxdakı Qurbanlıq ölümü və üç gündən sonra dirilməsi ilə gerçəkləşdi. İsaya qədər də dünyada xaç nişanı vardı amma mənası fərqliydi. İsaya qədər, Roma çarmıxı işgəncə aləti, utanc yeri və qorxulu kabus idi. Amma Məsihin xilas gətirən Qurbanlıq ölümü Çarmıx üzərində gerçəkləşdiyinə görə Miladdan sonra çarmıxın mənası da dəyişdi. Artıq o utanc və işgəncə aləti deyil, Məsihin Qubangahı, Xilas və İman simvolu oldu. Bu səbəblə İsanın Xaçı hər imanlı xristian tərəfindən müqəddəs nişan olaraq qəbul edilir. Müqəddəs İncildə çarmıx bu şəkildə ifadə edilir: "Çarmıx barəsindəki kəlam xilas yolunda olanlar üçün Allahın qüdrətidir" (1.Kor 1:18).

 Bəzi kəsimlər xristianları "xaçpərəst" adlandıraraq onların xaça sitayiş etdiklərini iddia edirlər. Bu tamamən YALANDIR! Sitayişə layiq olan yalnız Allahdır və xristianlar yalnız Allaha sitayiş edirlər. İsa olmadan xaçın heç bir dəyəri olmaz, Xaç, öz mənasını İsayla qazanmışdır. 

   

 

  ἰχθύς - BALIQ İŞARƏSİ

 

 Bu işarə ilk əsrdə yaşayan imanlılar tərəfinfən Xristian inancını ifadə etmək üçün işlədilirdi. Belə ki, ilk baxışda BALIQ mənasını verən ἰχθύς sözünün xristian mənası bu şəkildədir: "᾿Ιησοῦς Χριστὸς Θεοῦ Υἱὸς Σωτήρ  - İsa Məsih, Allahın Oğlu, Xilaskar". 

 

 

 

 

 

 

 

 GÖYƏRÇİN 

 

 Göyərçin  İncildə Müqəddəs Ruhun simvoludur: "İsa vәftiz olunan kimi sudan çıxdı. O vaxt göylәr yarıldı vә Allahın Ruhunun göyәrçin kimi endiyini vә Öz üzәrinә qonduğunu gördü" (Matta 3:16). 

 Xristianlıqda bu simvolun işlədilməsi imanlılar ailəsinin (Kilsənin) Müqəddəs Ruh tərəfindən idarə edilməsi ilə əlaqədardır. 

 

 

 

 

 QUZU 

 

 Bu simvol İsa Məsihin "Allah Quzusu" olmasını, bizim günahlarımıza görə çarmıxda Özünü fəda etdiyini ifadə edir (bax: Yəhya 1:29). 

Tebrikler! Mesajınız alındı.

bottom of page