Hazırlayan: Gabriel Ziya Hacıoğlu
X R İ S T İ A N L I Q
D U A L A R
Göylərdə Olan Atamız
Ey Göylərdəki Atamız, Adın müqəddəs tutulsun.
Sənin Səltənətin gəlsin. Göydə olduğu kimi,
Yerdə də Sənin iradən olsun.
Gündəlik çörəyimizi bizə bu gün də ver.
Bizə borcu olanları bağışladığımız kimi,
Sən də bizim borclarımızı, günahlarımızı bağışla.
Sınağa çəkilməyimizə icazə vermə,
Lakin bizi şər olandan xilas et.
Çünkiqüdrət, izzət və Səltənət əbədiyyən Sənindir. Amin.
İSA MƏSİHƏ DUA
Ya Rəbb İsa, Allahın Oğlu, mən günahkara mərhəmət et!
Xilaskarım, günahlarımızı bağışla, bizi cəhənnəm əzabından qoru, hər birimizin ruhunu Cənnətə qəbul et. Xüsusən də Sənin mərhəmətinə daha çox ehtiyacı olanları. Amin
MÜQƏDDƏS RUHA DUA
Ey Müqəddəs Ruh, ey Həqiqət Ruhu, Allahımız, gəl və daxilimizdə yaşa. Bizi kirliliklərdən xilas et, pisliklərdən qoru. Qəlbimizi Məsih İsanın taxtına çevir, Atamızın sevgisiylə doldur. Daima bizimlə birlikdə ol. Bizə öyrət və bizi istiqamətləndir. Amin
MƏRYƏM ANAYA DUA
Salam, mübarək Məryəm, Rəbb Səninlədir.
Sən qadınlar arasında bəxtiyarsan
və Sənin Övladın İsa bəxtiyardır.
Müqəddəs Məryəm, Allah Anası,
indi və ölüm saatımızda biz günahkarlar üçün Rəbbə dua et. Amin