top of page

D U A 

                        Göylərdə Olan Atamız

 Ey Göylərdəki Atamız, Adın müqəddəs tutulsun.

 Sənin Səltənətin gəlsin. Göydə olduğu kimi,

 Yerdə də Sənin iradən olsun.

 Gündəlik çörəyimizi bizə bu gün də ver.

 Bizə borcu olanları bağışladığımız kimi,

 Sən də bizim borclarımızı, günahlarımızı bağışla.

 Sınağa çəkilməyimizə icazə vermə,

 Lakin bizi şər olandan xilas et.

 Çünki qüdrət, izzət və Səltənət əbədiyyən Sənindir.  Amin.

                            Müqəddəs ÜçlüBirlik Duası

 Ey Müqəddəs Allahım, tapındığım Rəbbim, ÜçlüBirlik! 

 Mən, Sənə - Ata, Oğul və Müqəddəs Ruh Olan Rəbbimə iman  edirəm. 

 Mənə, Səni sevməyi, Sənə itaət və etibar etməyi öyrət. 

 Sənə xidmət etmək,  Məbədində Sənə səcdə qılmaq və Əbədi  Həyatda Səninlə birgə yaşamaq istəyirəm. 

 Rəbbim, acları doydur, xəstələrə şəfa ver, məhbusları azad et,  çılpaqları geyindir, evsizlərə ev ver, ölümü yox et, müharibələri  durdur. Çünki Sən bütün yaratdıqlarının qayğısına qalan  Allahsan.

 Sənə əbədi olaraq izzət olsun. Amin

                          İSA MƏSİHƏ DUA

  Ya Rəbb İsa, Allahın Oğlu, mən günahkara  mərhəmət et!

 Xilaskarım, günahlarımızı bağışla, bizi cəhənnəm  əzabından qoru, hər birimizin ruhunu Cənnətə  qəbul et. Xüsusən də Sənin mərhəmətinə daha  çox ehtiyacı olanları. Amin 

                          MÜQƏDDƏS RUHA DUA

 Ey Müqəddəs Ruh, ey Həqiqət Ruhu, Allahımız, gəl və daxilimizdə yaşa. Bizi kirliliklərdən arıt, pisliklərdən qoru. Qəlbimizi Məsih İsanın taxtına çevir, Atamızın sevgisiylə doldur. Daima bizimlə birlikdə ol. Bizə öyrət və yol göstər.  Amin 

 Dua xristian həyatının əsasını təşkil edir. Çünki dua Yaradanla insanın arasındakı məhəbbət ünsiyyətidir. 

İsa Məsih ardıcıllarına duanın önəmi və duada imanın önəmi haqqında danışmış, onlara mükəmməl dua nümunəsi vermişdir ki, bu dua "Göylərdəki Atamız" və ya "Rəbbin Duası" adlanır. 

 Dua edən insanın duasını hər zaman eşidən Allahımız, insana bu haqda güvən verir: "Harada iki və ya üç nəfər Mənim adımla bir yerə toplaşarsa, Mən də orada, onların arasındayam". 

Tebrikler! Mesajınız alındı.

bottom of page