top of page

XRİSTİANLIQDA CƏNNƏT VƏ CƏHƏNNƏM

 Cənnət: Xristian teologiyasına görə iki cür cənnət qavramı mövcuddur: Yer üzü cənnəti və Səmavi Padşahlıq ("Göylər"). Hər iki fikir dilimizə "cənnət" kimi tərcümə edilsə də bunlardan birincisi ingiliscədəki "paradise", ikincisi isə "heaven" kimi iki fərqli sözlə işlədilir.  Yerüzü cənnəti ilk insanın - Adəmlə Həvvanın yer üzündə yaradıldıqları və Tövratın "Eden bağı" adlandırdığı yerdir, bu yer təxminən günümüz İraq ərazisinə düşdüyü güman edilir. İlk insan məhz burada yaradılmış, burada şeytan tərəfindən aldadılaraq günaha sürüklənmiş və buradan bütün yer üzünə qovulmuşdur. 

 İmanlıların vətəni olaraq adlandırılan cənnət isə Səmavi Padşahlıqdır, mənəvi dünya, Rəbbin üzünü görəcəyimiz "Göylər"dir. Bu yerə, bu əbədi xoşbəxtliyə gedən yolu İsanın həvarisi Toma Ondan soruşduqda O, belə cavab verir: "(Tək) Yol, Həqiqət və Həyat Mənəm. Mənim (çarmıxdakı) Vasitəm (xilas Qurbanım) olmadan, heç kim Atanın (Allahın) yanına gələ bilməz" (Yəhya 14:6). Səmavi cənnətdə olan Xalqın hissləri və vəziyyəti barədə müqəddəs İncil belə qeyd edir: "Hökm günündə insanlar nә evlәnir, nә dә әrә gedirlәr. Ancaq sәmadakı mәlәklәr kimi olurlar.... Cənnətə  murdar olan heç bir şey, iyrәnc iş görәn vә yalan danışan heç kim әsla girmәyәcәk, yalnız adları Quzunun (İsanın) hәyat kitabına yazılanlar girәcәk...Onlar Allahın üzünü görәcәklər.. Allah onların bütün göz yaşlarını silәcәk. Artıq ölüm olmayacaq. Yas, nalә vә ağrı bir daha olmayacaq. Çünki әvvәlki şeylәr keçib getdi" (İncil). 

 Cəhənnəm: Xristian teologiyasına görə cəhənnəm Allahdan ayrı düşən insan bədəninin, canının və ruhunun əbədi olaraq iztirab çəkməsi vəziyyətidir. İncildə bildirilir ki, cəhənnəm əhli "atəş gölü içində əbədi iztirab çəkəcəklər". Müqəddəs Kitaba görə, Allahın Xilas Planına iman etməyən - Müqəddəs Ruha küfr edən, İsanın çarmıxdakı "doğruluq əbasını" geyinməyənlər əbədi iztiraba, yəni cəhənnəmə məhkumdurlar. Çünki İsanın da dediyi kimi Tək Yol var. O da İsadır. Bu göyün altında bizə verilmiş başqa heç bir ad bizi xilas etməyə qadir deyil. İncil cəhənnəmdəkilərin vəziyyətini və hisslərini bu şəkildə ifadə edir: "Ora qaranlıq çöldür, orada ağlaşma, iztirab və diş qıcırtısı olacaq". 

 Dəyərli dostlar, gəlin Allahın bizə tərəf uzanan xilas əlindən tutaq. Bu əl İsadır! 

Tebrikler! Mesajınız alındı.

bottom of page