top of page

İsa Məsih Yenidən Yer Üzünə Nə Vaxt Qayıdacaq? 

 Məsih İsanın açıq bildirişlərinə görə "Dünyanın Sonunda" O, yer üzünə təkrar qayıdacaq. Rəbb, ikinci gəlişinin məqsədini və nəticəsini müqəddəs İncildə bu şəkildə açıqlayır: 

 "o günlərin əzab-əziyyətindən dərhal sonra Günəş tutulacaq, Ay nurunu saçmayacaq, Ulduzlar göydən töküləcək, Səma cisimləri lərzəyə gələcək.O zaman Bəşər Oğlunun (İsanın) əlaməti göydə görünəcək. O vaxt yer üzünün bütün tayfaları şivən qoparacaq və Bəşər Oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcək. O, mələklərini uca şeypur səsi ilə göndərəcək. Mələklər də göylərin bir ucundan o biri ucuna qədər dörd külək istiqamətindən Onun seçdiklərini (imanlıları) toplayacaq" (Matta 24:29-31).

 "Bəşər Oğlu bütün mələklərlə birlikdə izzəti ilə gələn zaman Öz izzətli taxtına oturacaq. Bütün millətlər Onun önündə toplaşacaq, O da qoyunları keçilərdən ayıran bir çoban kimi onları bir-birindən ayıracaq.. yaxşılıq edənlər mükafatlanacaq, pislik edənlər isə çölə (cəhənnəmə) atılacaq, orada ağlaşma və diş qıcırtısı olacaq" (Matta 25:31,32).

 Məsihin ikinci gəlişi ilə Dünya yenilənəcək: 

 "Amma biz Allahın vədinə əsasən salehliyin sakin olacağı yeni göyləri və yeni yeri gözləyirik" (2.Peter 3:13).

 Həvariləri İsadan Onun gəlişinin zamanını soruşduqda isə Rəbb belə cavab verir: «Atanın hökmü ilə təyin olunan vaxtları və tarixləri bilmək sizin işiniz deyil... Daima oyaq qalın, çünki Rəbbin nə vaxt gələcəyini bilmirsiniz. Ağası gələndə onu iş başında gördüyü qul nə bəxtiyardır" (Həv.İşl 1:7 ..).

 Ən əsası da budur ki, Məsih İsa Onun adı ilə "Mən Məsihəm" deyərək gələcək olan "Saxta Məsih"lərdən özümüzü qorumağı tapşırıb: "O zaman əgər kimsə sizə desə ki, “bax, Məsih buradadır” yaxud da “bax, oradadır”, inanmayın. Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək və hətta möcüzələr də göstərəcəklər ki, imkan tapsalar seçilmişləri belə azdırsınlar. Amma siz ehtiyatlı olun. Baxın, Mən sizə hər şeyi qabaqcadan dedim" (Mark 13:21-23).

 Nəticədə onu deyim ki, İsa Məsihin yenidən nə vaxt qayıdacağı bilinmir, amma İncildə o "gün"ün əlamətləri verilmişdir. Hər bir imanlıya düşən iş isə odur ki, sanki "Rəbb bu gün gələcək"miş kimi daima imanda sabit və oyaq qalsın. 

Tebrikler! Mesajınız alındı.

bottom of page