top of page

Xristianlıqda SAVAŞ

 Müqəddəs Kitabımızın bir ayəsi kifayət edir ki, İnancımızda Savaşın yeri olub-olmadığı bəlli olsun: "Onda İsa ilə birlikdə olanlardan biri əl atıb qılıncını çəkdi və baş kahinin qulunu vurub qulağını qopartdı. İsa ona dedi: «Qılıncını yerinə qoy, çünki qılınc çəkənlərin hamısı qılıncla məhv olacaq» (Matta 26:51,52). 

 İncil həm də qeyd edir: "Çünki mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı ruhani şər qüvvələrə qarşıdır. Buna görə Allahın bütün zireh və silahlarını götürün ki, pis gündə müqavimət göstərib, əlinizdən gələn hər bir şeyi etdikdən sonra dayana biləsiniz" (Efeslilər 6:12). 

Gəlin görək İncil hansı SİLAHLARDAN danışır: "Beləliklə, həqiqəti kəmər kimi belinizə bağlamış, salehliyi zireh kimi döşünüzə taxmış, barışıq Müjdəsini yaymaq hazırlığını ayaqlarınıza geyinmiş olaraq yerinizdə durun. Bütün bunlara əlavə olaraq şər olanın bütün yanar oxlarını söndürə bilmək üçün iman qalxanını əlinizə götürün. Xilas dəbilqəsiniRuhun qılıncını, yəni Allahın kəlamını götürün. Hər cür dua və yalvarışla, həmişə Ruhun idarəsi ilə dua edin" (Efeslilər 6:15-18). 

 Bəli, inancımızdakı Savaş, bu savaşda istifadə edəcəyimiz silahlar bunlardan ibarətdir. Bu silahlar ruhani silahlardır. Cismani silahların isə Xristianlıqda yeri yoxdur. Bunu yuxarıda qeyd etdiyim ilk ayədən gördük. Amma onu da qeyd edim ki, əgər vətənimiz, ailəmiz, sağlamlığımız təhdid altındadırsa, İncilə görə var qüvvəmizlə müdafiə olunmaq haqqımız var.  

 Kilsə tarixində savaşlar olmuşdursa da bu, inanclı insanların səmimiyyətindən sui istifadə edən, onları çirkin siyasətə alət edən insanların təşəbbüsləri nəticəsində olmuşdur.

Tebrikler! Mesajınız alındı.

bottom of page