top of page

XRİSTİANLIQ VƏ DÖVLƏT

 Müqəddəs İncildə inancımızla dövlət arasındakı münasibət, imanlıların dövlətə olan münasibətləri müxtəlif ayələrdə öz əksini tapmışdır: "İnsanın yaratdığı quruma (dövlətə) Rəbb naminə tabe olun; həm ali hakimiyyət olduğuna görə padşaha, həm də pislik edənləri cəzalandırmaq, yaxşılıq edənləri də tərifləmək üçün onun tərəfindən göndərilən valilərə (dövlətin təmin etdiyi ədalətə) tabe olun" (1.Peter 2:13).

 "İmanlılara xatırlat ki, başçılar və hakimlərə (dövlətə) tabe olub itaət etsinlər. Hər cür xeyirli iş görməyə hazır olsunlar. Heç kimə şər atmasınlar, davakar deyil, mülayim olsunlar və bütün insanlarla həlim davransınlar" (Titus 3:1).

 Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edildiyi kimi, Xristianlığın Konstitusiyasında da (İncildə) "Dövlətin Dindən ayrı olduğu" bildirilir: 

"İsanı sınamaq üçün Ondan soruşdular: İndi bizə de görək, Səncə bizim üçün qeysərə (dövlətə) vergi verməyə icazə var ya yox? İsa cavab verdi: "Məni niyə sınağa çəkirsiniz? Vergi verdiyiniz pulu Mənə göstərin». Onlar da Ona bir dinar gətirdilər. İsa onlara dedi: «pulun üstündəki bu təsvir və yazı kimindir?» Ona dedilər: «Qeysərin». O vaxt İsa onlara dedi: «Elə isə, qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin». Bunu eşitdikləri zaman heyrətləndilər və İsanı tərk edib getdilər" (Matta 22:17-22). Gəlin bu mübarək fikrə bir daha nəzər salaq: "qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin". Yəni, din, dövlətin işlərinə qarışmamalıdır. Dövlətə aid olanı dövlətə, Allaha aid olanı da Allaha vermək hər bir imanlının borcudur. 

 

Tebrikler! Mesajınız alındı.

bottom of page